Tanınmış jurnalistə AzTV-də vəzifə verildi
12 Mart 2019 07:03 SosialAzTV-nin baş redaktoru faktı təsdiqləyib.
Xəbər verdiyimiz kimi, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətində (AzTV) aparılan kadr islahatlarının tərkib hissəsi kimi Mətbuat xidməti ləğv edilərək, əvəzində Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi yaradılıb.
Artıq yeni yaradılan şöbəyə təyinat olub.
Vəzifəyə jurnalist Mübariz Aslanov gətirilib. M.Aslanov bu gündən vəzifəsinin icrasına başlayıb.
AzTV-nin baş redaktoru Azər Qismət faktı təsdiqləyib.
Qeyd edək ki, M.Aslanov uzun müddət APA və Report-da fəaliyyət göstərib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31