Qabığı özündən daha faydalıdır
12 Mart 2019 03:34 SosialHər birimiz portağalın bol miqdarda C vitamini ilə zəngin olduğunu bilirik. Bəs, portağalın özü kimi qabığının da çox faydalı olduğunu bilirdinizmi?
Axşam.az xarici KİV-ə istinadən portağal qabığının faydalarını təqdim edir:
Portağal qabığını sərin yerdə qurudun. 1 qaşıq portağal qabığı qurusunu 1 stəkan isti suya töküb ,10 dəqiqə dəmləyin. Qabıqları çıxarıb içinə 1 çay qaşığı bal əlavə edərək gündə 2 dəfə yeməkdən bir saat sonra için. Bu çay bağırsaq hərəkətlərini tənzimlədiyi üçün həzmə yaxşı təsir göstərir, həmçinin, mədə pozğunluğunu aradan qaldırır.
Portağal qabığındakı kalium, protein, vitaminlər dərimiz üçün çox faydalıdır. Onun qabığından müxtəlif maskalar hazırlamaq olar. Çünki tərkibindəki C vitamini sayəsində portağal qabıqları təbii ağardıcı hesab olunur.