"Binbir gece"nin aktyoru yeni imicdə - Fotolar

Aktyor Halit Ergenç ötən gün alış-veriş mərkəzlərindən birində görüntülənib. Axşam.az-ın məlumatına görə, aktyor yeni imici ilə diqqət çəkib. Saçları ağaran Ergençin saqqalsız halı nəzərdən qaçmayıb.Bir neçə kitab mağazasına baxan Halit jurnalistlərlə də söhbət edib. O, Mustafa Kamal Atatürkün həyatı haqda çəkilən "İlk adım: 1919" filmində aldığı rol haqda da danışıb:"Hələ ki, filmin çəkilişlərinə başlamamışıq. Baş rolu kiminlə paylaşacağım haqda məlumatım yoxdur. Bir müddət sonra məlum olacaq. O zaman yenidən danışarıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31