Nazir Qazaxda vətəndaşları qəbul edəcək
11 Mart 2019 17:16 SosialAzərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov 16 mart 2019-cu il tarixdə, saat 11:00-da Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Qazax, Ağstafa, Gədəbəy, Daşkəsən, Tovuz və Şəmkir rayonlarının sakinləri ilə görüşəcək. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, görüşdə iştirak etmək istəyənlər Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinə (055-2106484) müraciət edə bilərlər. Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin "Çağrı mərkəzi" (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31