Biobiblioqrafik sorğu kitablarının təqdimatı keçirilib
11 Mart 2019 11:51 SosialAMEA-nın Mərkəzi Elmi Kitabxanasında 2015-2019 illərdə hazırlanmış biobiblioqrafik sorğu kitablarının təqdimatı keçirilib.
Olaylar.az xəbər verir ki, MEK-in direktoru Leyla İmanova biblioqrafik sorğu kitablarını istənilən kitabxananın istehsal etdiyi informasiya məhsulu kimi qiymətləndirib.
Kitabxananın fondlarında mühafizə edilən və özündə 14 mindən artıq sənəd cəm edən ixtisas fondu kataloquna aid edilən biblioqrafik göstəricilər haqqında MEK-in Biblioqrafik sorğular bölməsinin rəhbəri Nərgiz Novruzova və bölmə əməkdaşları məlumat veriblər.
Tədbirdə bildirilib ki, MEK AMEA-nın institut və təşkilatları tərəfindən tərtib edilmiş biobiblioqrafiyaların redaktəsini də həyata keçirir.
MEK-in Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova kitabxananın innovativ layihəsi olan Milli Rəqəmsal Yaddaş (MRY) bazası haqqında məlumat verib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kitabxana-informasiya işi üzrə müəllimi Kəmalə Məmmədova biblioqrafik sorğu kitablarının hazırlanmasında rast gəlinən problemlərdən danışıb.
AMEA Geologiya və Geofizika, İnformasiya Texnologiyaları institutlarının əməkdaşları çıxış edərək MEK tərəfindən keçirilən təqdimat, hazırlanmış kitablarla bağlı fikirlərini bildiriblər.