Yaponiyada 5.8 bal gücündə zəlzələ

Yaponiya sahillərində 5.8 bal gücündə zəlzələ qeydə alınıb.

BakuPost-un məlumatına görə, yeraltı təkanlar yerli vaxtla 17:10-da Fukusima prefekturasında İvaki şəhərindən 134 km şərqdə qeydə alınıb.

Zəlzələnin ocağı 14.7 km dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31