Azərbaycanda 3 polis kök olduğuna görə işdən çıxarıldı

Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda kadr islahatları aparıb.

Məlumatına görə, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin rəisi Ruslan Hüseynov, Dövlət Yol Polisinin əməkdaşları - Loğman İsmayılov və Rəşid Məcidov işdən kənarlaşdırılaraq sərəncama götürülüb.

Məlumata görə, polislər kök olduqları üçün normativləri yerinə yetirə bilməyiblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31