30 tonluq balinanın ağzında qaldı - QORXUNC...
9 Mart 2019 15:49 SosialCənubi Afrikanın Port Elizabet limanında köpəkbalığının fotosunu çəkmək istəyən 51 yaşlı dalğıc dəhşətli anlar yaşayıb.
Moderator.az xəbər verir ki, 15 ildir sualtı operator kimi çalışan Rainer Şimpf adlı dalğıc bir anda 30 ton ağırlığı olan balinanın ağzına düşüb.
Daha sonra balina dalğıcı ağzındakı digər balıqlarla birlikdə kənara atıb. Dalğıc belə bir şeyi ilk dəfə yaşadığını söyləyərək "Yem topu atmışdım, Köpəkbalığının fotolarını çəkmək istəyirdim. Bir anda ətraf qaraldı və ayaqlarımda bir basqı hiss etdim. Belə bir vəziyyətdə qorxu üçün zaman olmur" deyərək o an hiss etdiklərindən danışıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31