Qaxda KABUS GECƏ: mikroavtobus yük avtomobili ilə toqquşdu və... - FOTO
9 Mart 2019 00:45 SosialQaxda mikroavtobus yük avtomobili ilə toqquşub.
Hadisə axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 84-cü kilometrliyində, yolun Qax rayonunun Qıpçaq kəndi ərazisindən keçən hissəsində baş verib.
Balakəndən Bakı istiqamətində hərəkətdə olan Balakən rayonu Talalar kənd sakini, 1977-ci il təvəllüdlü Səməd İslam oğlu Qurbanovun idarə etdiyi 99-EB-033 dovlət qeydiyyat nişanlı "Mercedes" markalı yük avtomobili ilə Yevlaxdan Balakən istiqamətində hərəkətdə olan 34-BD-566 dövlət qeydiyyat nişanlı "Qazel" markalı mikroavtobus toqquşub.
Nəticədə "Qazel" də olan 1 nəfər dünyasıni dəyişib. Hadisə zamanı daha 1 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparılır.