4 regional idarə rəisi işdən çıxarılıb - Nazirlik
7 Mart 2019 16:58 Sosial2018-ci ilin dekabrından indiyədək meşə təsərrüfatının 52 əməkdaşı işdən çıxarılıb.
Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.
F.Əliyev həmin şəxslərin meşələrin mühafizəsi üzrə vəzifələrini düzgün yerinə yetirmədiyi üçün işdən azad edildiyini söyləyib:
"Çox əfsuslar olsun ki, vəzifəyə təyin etdiyimiz bu şəxslərin təşkilatçılığı zəif olduğu üçün onlarla əməkdaşlığı davam etdirə bilmədik. Buna görə də Şəki, Masallı, Şamaxı və Lənkəranda regional idarə rəislərini vəzifələrindən azad etdik".(trend.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31