Bakıda “Yaşıl Qələm Jurnalistlər Bağı” salınacaq

10 mart 2019-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Bu yaz özün bir təbiət yarat!" devizi altında yaz ağac əkini mövsümünə start verir. "Olaylar"ın xəbərinə görə,  bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri Vüqar Kərimov deyib. Aparat rəhbəri  bildirib ki, yaz ağac əkininin başlanması ilə əlaqədar ETSN jurnalistlərlə birgə Zığ şosesinin kənarında ağacəkmə aksiyası keçirəcək və yeni salınmış yaşıllıq əraziyə "Yaşıl Qələm Jurnalistlər Bağı" adı veriləcək. Aparat rəhbəri bütün ictimaiyyəti və jurnalistləri ağacəkmə kampaniyasına qoşulmağa çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31