Mübariz Qurbanlı Şamaxıda vətəndaşları qəbul edəcək
7 Mart 2019 14:50 SosialAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və
tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir. "OLAYLAR" xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı martın 12-də Şamaxı, İsmayıllı, Qobustan və Ağsu rayonlarının sakinlərini qəbul edəcək. Qəbul Şamaxı rayon Heydər Əliyev Mərkəzində saat 11:00-da keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31