Afaq Bəşirqızı bəzi məmurları kəskin tənqid etdi – “Özündən qabaq qarnı gələnlər…” (VİDEO)
7 Mart 2019 14:39 SosialXalq artisti Afaq Bəşirqızının paylaşdığı video rekord qırıb.
Mart ayının ilk günü prezidentin mədəniyyət işçiləri ilə görüşündəki çıxışından sonra Afaq Bəşirqızı xalqın böyük rəğbətini qazanıb. Xalq artisti bu yaxınlarda uzun fasilədən sonra müsahibə verib.
Müsahibədə Afaq Bəşirqızı bəzi məmurları kəskin tənqid edib: "Məmuru stola oturdanda, demirlər ki, bu sənin ata evindir, istəyirsən dağıt, istəyirsən qur, istəyirsən də ye, üstündən su iç. Özündən qabaq qarnı gələnlərə biz nə qədər güzəştə gedək? Axı belə olmaz. Bu qədər haqq taptalanır".
Afaq xanım müsahibəsi zamanı bir çox məsələlərə toxunub.
Daha ətraflı videoda:
minval
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31