Bu qəsəbədə yol təmirə bağlanacaq
6 Mart 2019 23:17 SosialMartın 7-si səhər saatlarından etibarən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Ordubadi küçəsində təmir-tikinti işlərinə start verilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə aparılacaq təmir işləri ilə əlaqədar yolda hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31