Bakının bu hissəsində su olmayacaq - SƏBƏB Kür-Bakı su kəmərində qəza
6 Mart 2019 18:45 SosialKür-Bakı magistral su kəmərində qəza baş verib.
Bu barədə Trend-ə açıqlamasında "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
A.Cəbrayıllının sözlərinə görə, baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar bu gün gecə saatlarınadək Bakı şəhəri Qaradağ rayonunun bir hissəsinə (Səngəçal, Ümid, Sahil, Qızıldaş, AZNS, Lökbatan, Puta, Korgöz qəsəbələrinə) içməli suyun verilməsi dayandırılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31