Prezidentin sərəncamı Azərbaycanda məhkumların sayının azalmasına səbəb olub

Azərbaycan prezidentinin "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" 10 fevral 2017-ci il tarixli sərəncamının icrası nəticəsində ölkədə məhkumların sayı azalıb. "Olaylar" xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Probasiya xidmətində jurnalistlərlə keçirilən görüşdə nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin rəisi Malik Ələkbərov deyib. M. Ələkbərov qeyd edib ki, 2015-ci ildə Ədliyyə Nazirliyinin penitensiar müəssisələrində saxlanılanların sayı 24 mindən çox idisə, 2018-ci ildə bu rəqəm 21 800 olub: "Burada 3 minə yaxın fərq var. Deməli, 3 cəzaçəkmə müəssisəsinin fəaliyyət göstərməsinə ehtiyac yoxdur. Bütün bunlar Prezident İlham Əliyevin cəzaların humanistləşdirilməsi ilə bağlı sərəncamından irəli gəlir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31