“Dünya Bankı Azərbaycanda layihələrə 4 milyard dollar vəsait cəlb edib”

"İndiyədək Azərbaycanda həyata keçirilən layihələrə Dünya Bankından 4 milyard dollardan çox vəsait cəlb olunub". 

Bu barədə iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova martın 6-da "İqtisadiyyatın şaxələndirilməsi - özəl sektorun rolu üzrə yüksək səviyyəli Forum"da deyib. Nazir müavini bildirib ki, Azərbaycanın əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlar sırasında Dünya Bankının xüsusi yeri var. 1990-cı ildən bu vaxtadək Dünya Bankı ilə 50-dən çox layihə icra edilib.

azadinform

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31