“Bu, doğru format deyil” - Avropa İttifaqından Paşinyana Qarabağ silləsi
6 Mart 2019 12:55 SosialNövbəti görüşdə Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə Dağlıq Qarabağ münaqişəsi üzrə mövcud dialoq formatını müzakirə etmək istəyir.
Bunu Belçikada Avropa İttifaqının komissarı Yohannes Xanla görüşündə Ermənistan baş naziri deyib.
Paşinyan münaqişə üzrə gedən danışıqlarda nizamın olmadığını iddia edib:
"Yaxınlaşan növbəti görüşdə bu məsələni müzakirə etmək istəyirəm. Hesab edirəm ki, münaqişəni həll etmək üçün prosesə təsir gücü olan format müəyyən etmək lazımdır. Qarabağın bu danışıqlarda tərəf kimi iştirak etməsi isə vacibdir".
Yohannes Xan isə Nikol Paşinyanın bu təklifinə etiraz edib və qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün mövcud formatı saxlamaq lazımdır.
O, hazırkı formatın prosesin həlli üçün ən doğru formul olduğunu Paşinyanın diqqətinə çatdırıb.
Qeyd edək ki, Azərbaycan tərəfi işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimin müzakirələrdə tərəf kimi iştirak etməsinə etiraz edir.
teleqraf