Aİİ-də Elm Gününə həsr olunmuş tədbirlər keçiriləcək
6 Mart 2019 12:13 SosialAzərbaycan Respublikası Prezidentinin 09 aprel 2018-ci il Sərəncamı ilə hər il 27 mart tarixinin Elm Günü kimi təsis olunması haqqında qərar qəbul edilib. Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Sərəncamdan irəli gələn müddəaları əsas götürərək, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası ilə birlikdə 03 aprel 2019-cu il tarixdə "İslam sivilizasiyası və elm: tarix və müasirlik" mövzusunda elmi-praktik konfrans təşkil etməyi nəzərdə tutur. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, konfransın keçirilməsində məqsəd elmi tədqiqatların təqdimatı, müzakirəsi və qarşılıqlı məlumat mübadiləsidir.
Konfransda müsəlman Şərqində elm və fəlsəfənin inkişafında azərbaycanlı alim və mütəfəkkirlərin rolu; müasir çağırışlar və İslam dünyası; İslam dünyasında elm və fəlsəfə məktəbləri; İslam incəsənətinin spesifik xüsusiyyətləri; orta əsrlərdən müasir dövrədək İslam dünyasında elm-din münasibətləri kimi istiqamətlər müzakirə olunacaq.
Konfransa məqalələr martın 20-dək Təşkilat Komitəsinə göndərilməlidir. Məqalələrin həcmi 5-10 səhifədən artıq olmamalı və elektron variantı [email protected] e-mail ünvanına göndərilməlidir.