“Bədən Tərbiyəsi və İdman Günü”nə həsr edilmiş festival keçirilib

"TOPs - fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması" layihəsinin 5-ci mövsümündə Bakı şəhərinin 242 saylı orta məktəbində  "İdman Festivalı " keçirilib. Festival "Bədən Tərbiyəsi və İdman Günü"nə həsr edilib.

Olaylar.az xəbər verir ki, İdman Festivalında 120 nəfərə yaxın şagird iştirak etmişdir. Festivalda uşaqların çıxışlarını Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council Azərbaycan, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və "İnkişaf Naminə İdman" İctimai Birliyinin rəsmiləri, məktəbin müəllim kollektivi və valideynlər izləmişlər.

İdman festivalında dərsdə iştirak edən layihə rəhbəri Vəli Musayev bildirib ki, "Bədən Tərbiyəsi və İdman Günü"ndə məktəblilərin idmana həvəsini görmək onları qürurlandırır.

Festivalda qalib və mükafatçılara Diplom və Kuboklar təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31