Nazir şöbə müdirini işdən çıxardı
6 Mart 2019 11:36 SosialTəhsil naziri Ceyhun Bayramovun müvafiq əmri ilə nazirliyin Daxili Nəzarət Şöbəsinin müdiri Kənan Quliyev vəzifəsindən azad olunub və yerinə İlqar Mahmudov təyin olunub.
Bu barədə nazirlikdən məlumat verilib.
Qeyd edək ki, İ.Mahmudov bu təyinata qədər Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini, yerli təhsili idarəetmə orqanlarının işinin əlaqələndirilməsi sektorunun müdiri vəzifəsində çalışıb.
publika
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31