188 nəfər Azərbaycan vətəndaşlığından çıxarılıb - Bu səbəbə görə
6 Mart 2019 11:34 SosialÖtən il daxil olan məlumatlar əsasında dini ekstremist fəaliyyətlə məşğul olduqlarına görə 188 şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını itirməsi ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən əsaslandırılmış rəylər hazırlanıb.
Bu barədə Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatında qeyd olunub.
Hesabat bildirilib ki, həmin rəylərə baxılması üçün toplanmış materiallar müvafiq məhkəməyə göndərilib. (report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31