Prorektor tələbələrlə görüşdü

Azərbaycan Dillər Universitetində (ADU) universitetin Tədris işləri üzrə prorektoru professor Əfqan Abdullayev tələbələrlə görüşüb. Olaylar.az bildirir ki, “Ali təhsil bu gün: ABŞ təhsili fonunda” adlı görüşdə professor doğulduğu Yevlax rayonundan ABŞ-ın Harvard Universitetinə kimi uzanan uğur yolundan bəhs edib. Ə.Abdullayev təhsil aldığı müəssisələr, iştirak etdiyi beynəlxalq layihələr, üzv olduğu yerli və beynəlxalq qurumlar haqqında danışıb. O, həmçinin qazandığı qrantlar və mükafatlardan da söz açıb. Ə.Abdullayev qazandığı uğurlardan, bu uğura gedən yolda qarşılaşdığı çətinliklərdən də bəhs edib, xaricdə yaşadığı təcrübələri tələbələrlə bölüşüb.

Azərbaycan Dillər Universitetində (ADU) universitetin Tədris işləri üzrə prorektoru professor Əfqan Abdullayev tələbələrlə görüşüb. Olaylar.az bildirir ki, "Ali təhsil bu gün: ABŞ təhsili fonunda" adlı görüşdə professor doğulduğu Yevlax rayonundan ABŞ-ın Harvard Universitetinə kimi uzanan uğur yolundan bəhs edib.

Ə.Abdullayev təhsil aldığı müəssisələr, iştirak etdiyi beynəlxalq layihələr, üzv olduğu yerli və beynəlxalq qurumlar haqqında danışıb. O, həmçinin qazandığı qrantlar və mükafatlardan da söz açıb. Ə.Abdullayev qazandığı uğurlardan, bu uğura gedən yolda qarşılaşdığı çətinliklərdən də bəhs edib, xaricdə yaşadığı təcrübələri tələbələrlə bölüşüb.

Daha sonra Ə.Abdullayev ABŞ təhsil sistemi haqqında məlumat verərək oradakı təhsil müəssisələri, təhsil iştirakçılarının ümumi statistikası ilə tələbələri tanış edib.

Professor standartlara uyğun olaraq "yaxşı tələbə olmaq" kriteriyalarını da diqqətə çatdıraraq tələbələrə tövsiyələrini verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31