Azərbaycandan Rusiyaya gedən avtomobil qəzaya düşdü, PARÇA-PARÇA OLDU: 6 ölü, 5 yaralı - VİDEO
6 Mart 2019 10:03 SosialAzərbaycandan Moskvaya gedən minivanın Rusiyanın Stavropol şəhərində qəzaya uğraması nəticəsində 6 nəfər ölüb, 5 nəfər yaralanıb.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Stavropol diyarı üzrə Baş İdarəsinin nümayəndəsi məlumat verib.
Məlumata görə, "Mercedes" markalı minivan Azərbaycandan Moskvaya özəl reys həyata keçirərkən qarşı zolağa çıxan yük maşını ilə toqquşub.
Qurumun məlumatında göstərilir ki, yaralılar Nevinnomısk xəstəxanasına çatdırılıblar. (report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31