Əfv Komissiyasının iclası keçirildi
5 Mart 2019 18:19 Sosialİclasda daxil olan müraciətlərin daha bir hissəsinə baxılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
İclasda daxil olan müraciətlərin daha bir hissəsinə baxılıb.
Bildirilib ki, indiyədək 600-ə yaxın müraciətə baxılıb, növbəti iclaslarda müraciətlərin qalan hissəsinə baxılması da nəzərdə tutulur.
Qeyd edək ki, Komissiyaya daxil olan müraciətlərə baxıldıqdan sonra siyahı Prezident İlham Əliyevə təqdim ediləcək. Dövlət başçısının Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalayacağı gözlənilir.(report.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31