Oqtay Şirəliyev Kürdəmirdə qəbul keçirəcək
5 Mart 2019 16:45 SosialAzərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev 06 mart 2019-cu il tarixində saat 11:00-da Kürdəmir Mərkəzi Rayon Xəstəxanasında vətəndaşları qəbul edəcək. "Olaylar" xəbər verir ki, nazir Kürdəmir, Hacıqabul, Ağsu, Zərdab və Ucar rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.Qəbula yazılmaq istəyən vətəndaşlar Kürdəmir Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31