Milli Məclisin bu gün keçirilən plenar iclasında "Pasportlar haqqında" qanuna dəyişiklik edilib."Olaylar" xəbər verir ki, dəyişiklik qanunun 6-cı (Diplomatik pasport) maddəsinə olunub.Sənədə əsasən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycandan seçilən hakimə də diplomatik pasport veriləcək. Layihə səsverməyə çıxarılaraq qəbul olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31