"Ombudsmanın məruzəsində spesifik məsələlər gündəmə gətirilib”

"Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin 2018-ci il üzrə illik məruzəsində spesifik məsələlər də gündəmə gətirilib. Bu, ilk dəfədir. Jurnalist ordusuna qeyri-peşəkar, qeyri-etik cavablar da qeydə alınıb. Haqlı olaraq o da vurğulanıb ki, jurnalist peşəkar olmalı, vətəndaşların şəxsi həyatına müdaxilə etməməli, şərəf və ləyaqət prinsipinə hörmətlə yanaşmalı, işgüzar nüfuza xələl gətirməməlidir". "Olaylar"ın xəbərinə görə, bu fikirləri deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov parlamentin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin 2018-ci il üzrə illik məruzəsinin müzakirəsi zamanı çıxış edərkən deyib. Onun sözlərinə görə, sənəddə bu tip halların daha çox internet mediada qeydə alındığı vurğulanıb: "Bu, internet-media sahəsindəki qanunvericiliyə yeni baxışın vacibliyini önə çəkir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31