Deputatdan təklif: Xidmət sahələri bazar günü işləsinlər
5 Mart 2019 13:16 Sosial"Vacib xidmət sektorları həftəiçi istirahət günü elan etməklə bazar günü işləməlidirlər"."Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin 2018-ci il üzrə illik məruzəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib. Onun sözlərinə görə, elə xidmət sektoru var ki, vətəndaş üçün vacibdir, amma bazar günü işləmir: "Həmin qurum bazar günü işləmir, vətəndaş da ora bazar günü getmək istəyir. Çünki vətəndaş həftə içi - iş vaxtı bunu həll edə bilmir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31