Ombudsman: “Günahkar şəxslər barəsində ciddi tədbirlər görülməlidir”

"Qanunsuz məskunlaşmaya şərait yaradan tikinti şirkətlərinin yaratdığı vəziyyət sakinlərin ən müxtəlif problemlərlə üzləşməsinə səbəb olub". "Olaylar"xəbər verir ki, bunu Ombudsman Elmira Süleymanova Milli Məclisin plenar iclasında bir illik hesabatı təqdim edən zaman deyib.Onun sözlərinə görə, əksər hissəsi artıq məskunlaşmış bir çox çoxmənzilli yaşayış binaları enerji və su ilə təchiz edilsə də, hələ də qazlaşdırılmayıb: "Bəzi işbazlar tərəfindən xarici ölkələrdən gətirilən, müəyyən edilən standartlara cavab verməyən tikinti materiallarının yararlığının yoxlanılmaması, habelə bəzi tikinti şirkətləri tərəfindən çoxmənzilli binaların tikintisində istifadə edilməsi kimi məlumatlar böyük narahatlıq doğurur. Bu problem Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən araşdırılmalı, mövcud standartlara uyğun olmayan inşaat materialları satışdan və istifadədən çıxarılmalı, günahkar şəxslər barəsində isə qanunla müəyyən edilən ciddi tədbirlər görülməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31