14 hakimin səlahiyyətləinə xitam verilib

"Ötən il vətəndaşların haqlı narazılıqları ilə 14 məhkəmə hakiminin səlahiyyətləinə xitam verilib". "Olaylar" xəbər verir ki, bunu Ombudsman Elmira Süleymanova Milli Məclisin plenar iclasında bir illik hesabatı səsləndirdiyi zaman deyib. E.Süleymanova əlavə edib ki, bu sahədə işlər davam edtirilir, vətəndaşların şikayətlərinə obyektiv olaraq baxılır:

"Dörd məhkəmə sədri aşağı vəzifəyə, altı hakim inzibati məsuliyyətə cəlb edilib, ikisi vəzifəsindən azad edilib, birinin isə səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31