Ombudsman parlamentdə hesabat verib

Milli Məclisin martın 5-də keçirilən plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova 2018-ci il üzrə illik məruzəni təqdim edib. "Olaylar" xəbər verir ki, illik məruzədə dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpası, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, habelə insan hüquqlarının təmin edilməsi sahəsində fəaliyyəti, hüquqi maarifləndirmə və elmi-analitik işin nəticələri, onun dövlət qurumları, ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əməkdaşlığı, beynəlxalq əlaqələri, həmçinin insan hüquq və azadlıqlarının daha etibarlı təmin edilməsinə yönəlmiş təklif və tövsiyələri öz əksini tapıb.

E.Süleymanova qeyd edib ki, problemli kreditlərin həlli, özünüməşğulluq proqramları, minimum əməkhaqlarının artırılması müsbət addımlardır: "ASAN Xidmət, ABAD, DOST, Qida Təhlükəsizliyi Agentliyi və digər qurumların yaradılması da bir növ insan hüquqlarının təmin olunması anlamına gəlir. İnsan hüquqlarının pozulması ilə bağlı beynəlxalq təşkilatlarla əmkdaşlıq davam etdirilib".Onbudsman problemli məsələlərə də toxunub: "Bayıl yamacında sürüşmə baş verdi. Bir sıra evlərə zərər dəydi. Bundan əlavə tikinti şirkətlərində ciddi problemlər var. Bəzi tikintidə istifadə olunan materialların keyfiyyəti ürəkaçan deyil. Yeni tikililərin sənədləşməsində problemlər mövcud idi. Amma ölkə başçısının son sərəncamından sonra bu məsələ öz həllini tapmış oldu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31