Pirallahıda vətənpərvərlik mövzusunda tədbir keçirildi

Pirallahı rayonunda yerləşən 168 №-li orta məktəbdə "Tarix yazan qəhrəmanlar" başlığı altında vətənpərvərlik mövzusunda tədbir keçirilib.

Olaylar.az xəbər verir ki, YAP Pirallahı rayon təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirdə təşkilatın sədri Hikmət Şikarov, Azərbaycanın Milli Qəhrəmanı Bəxtiyar Allahverdiyev, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin İdarə Heyətinin üzvü Musa Həsənli, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin İdarə Heyətinin üzvü Qafar Nuriyev, "N"saylı hərbi hissənin əsgər və zabitləri, Pirallahı rayon ümumtəhsil müəssisələrinin X-XI sinif şagirdləri və Qarabağ müharibəsi veteranları iştirak etdilər.

Hikmət Şikarov Azərbaycan gəncliyinin vətənpərvər ruhda böyüməsində dövlətimizin apardığı siyasətdən danışdı.

Rəsmi hissənin sonunda Qarabağ və Əfqanıstan müharibələrinin veteranı Hikmət Şikarov Əfqanıstan müharibəsinin başa çatmasının  30 illiyi ilə əlaqədar medal ilə təltif olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31