Bakı şəhəri Nərimanov rayonu Molla Cümə küçəsində su təchizatı sistemində yenidənqurma işləri aparılacaq. Bu barədə məlumat "OLAYLAR"-a "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub. Bildirilib ki, bununla əlaqədar olaraq martın 5-də gün ərzində Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31