Nazir müavini Astarada bir neçə təhsil müəssisəsinə baxış keçirib

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva cənub bölgəsinə səfəri çərçivəsində Astarada olub. "OLAYLAR-a nazirlikdən bildirilib ki, "Nazir müavini rayonun Qapıçıməhəllə kənd ümumi orta, Təngərüd tam orta və Astara şəhər 1 nömrəli tam orta məktəblərinə baş çəkib.

Qapıçıməhəllə kənd ümumi orta məktəbində əlavə məşğələlərdə iştirak edən Məhəbbət Vəliyeva bu kimi məşğələlərin əhəmiyyətindən söz açıb. Nazir müavini baş çəkdiyi məktəblərin pedaqoji kollektivləri ilə görüşüb, təhsil işçilərinin peşəkarlıq səviyyəsinin artırılmasının vacibliyinə toxunub.

Astara şəhər 1 nömrəli tam orta məktəbdə rayonun ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüşən nazir müavini məktəblərin fəaliyyətinin mövcud tələblərə uyğun şəkildə yaxşılaşdırılmasına dair tapşırıq və tövsiyələrini verib. Bu istiqamətdə məktəb rəhbərlərinin üzərinə mühüm vəzifələr düşdüyünü diqqətə çatdırıb. Hər bir müəllimin daim axtarışda olmasının, işlərini günün tələblərinə uyğun qurmasının vacibliyini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31