Novruz Məmmədov ilk dəfə parlamentdə hesabat verəcək

Milli Məclisin mart ayında ikinci-sonuncu iclası gələn həftə keçiriləcək.

"Olaylar" xbər verir ki, 15 mart tarixli  plenar iclasda yalnız bir məsələ-Nazirlər Kabinetinin son bir illik fəaliyyəti ilə bağlı baş nazirin hesabatı müzakirə olunacaq. Hökumət adından baş nazir Novruz Məmmədov hesabat məruzəsi ilə çıxış edəcək. Qeyd edək ki, bu, baş nazir kimi Novruz Məmmədovun parlament qarşısında ilk hesabatı olacaq. Belə ki, ötən ilin 11 aprel seçkilərindən cəmi 10 gün sonra prezident İlham Əliyev baş nazir Artur Rasi-zadəni istefaya göndərmiş və  bu vəzifəyə Xarici siyasət məsələləri üzrə köməkçisi  Novruz Məmmədovun namizədliyinin təsdiqlənməsi ilə parlamentə müraciət etmişdi. Parlamentin 21 aprel 2018-ci il xüsusi iclasında da Novruz Məmmədov namizədliyinin təsdiqlənməsi məsələsinə baxılmış və 1996-cı ildən, yəni, 22 ildən sonra ölkənin yeni baş naziri təsdiqlənmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31