Ədliyyə Nazirliyi məmur olmaq istəyənlər üçün kurslar təşkil edəcək

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ödənişli əsaslarla dövlət qulluğuna (BA və BB vəzifə qrupları üzrə), ədliyyə və məhkəmə orqanlarına qəbul olunmaq istəyən namizədlər üçün hazırlıq kursları təşkil edir. Nazirlikdən "Olaylar"a bildirilib ki, kurslar hüququn müvafiq sahələri üzrə tədris proqramları əsasında Akademiya tərəfindən cəlb olunmuş təcrübəli təlimçilər tərəfindən aparılır. Kurslarda iştirak etmək istəyən şəxslər aşağıdakı qeyd edilən telefon nömrəsi və e-mail vasitəsilə Akademiyaya müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Telefon: (012) 493-71-31 (103)

E-mail: [email protected]

Ünvan: Bakı şəhəri, Vidadi küçəsi 158.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31