ASK-nın yeni ofisinin açılışı münasibəti ilə ziyafət veriləcək

5 mart 2019-cu il tarixində Landmark hotelində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) yeni ofisinin açılışı keçiriləcək.  Konfederasiyadan "Olaylar"a verilən məlumata görə, münasibəti ilə ziyafət təşkil olunacaq. Ziyafətdə dövlət orqanlarının, sosial tərəfdaşların, elm-təhsil müəssisələrinin, beynəlxalq təşkilatların nümayəndələrinin və sahibkarların iştirakı planlaşdırılır. Jurnalistlər də  ASK-nın yeni ofisinin açılışı münasibəti ilə keçiriləcək ziyafətdə iştirak etməyə və ziyafəti işıqlandırmağa dəvətlidirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31