Sabunçu Gənclər Evindən gənclərə daha bir töhfə

Sabunçu Gənclər Evinin "Focus" teatr klubu ilk tamaşasını təqdim edib.  "OLAYLAR"-a daxil olan məlumata görə, tamaşa Bakı Gənclər Mərkəzinin akt zalında baş tutub. Gender bərabərliyi mövzusunda hazırlanmış "Susma!" tamaşasının təqdimatında Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova və digər şəxslər iştirak edib.  Tamaşanın quruluşçu rejissoru və ssenari müəllifi "Yuğ" Dövlət teatrının aktrisası, "Focus" teatr truppanın rəhbəri İlahə Məmmədzadədir. Səhnə əsəri müxtəlif ölkələrin nümayəndəsi olan qadınların məruz qaldıqları zorakılığı əks etdirən kölgə tamaşası və monoloqlarla tamaşıçıya təqdim edilib.

Qeyd edək ki, Sabunçu Gənclər Evi Azərbaycan Respublikası Gənclər və İdman nazirliyinin tərkibində fəaliyyət göstərən sosial xidmət müəssisəsidir. Sabunçu Gənclər Evində teatr klubuyla yanaşı 13 klub fəaliyyət göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31