AzTU yeni layihənin icrasına başladı

Azərbaycan Texniki Universitetinin (AzTU)  rəhbərliyi Erasmus+ KA2 layihəsinin ilk toplantısında iştirak etmək üçün Polşada ezamiyyətdə olublar. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, layihədə 6 ölkənin - Polşa, Almaniya, Fransa, Ukrayna, Azərbaycan və Türkmənistanın universitetləri iştirak edirlər. Layihənin icrasında Azərbaycandan beş tərəfdaş qurum təmsil olunur: Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Texnologiya Universiteti və Bakı Nəqliyyat Agentliyi.

Layihənin açılışında Azərbaycan Respublikasının Polşa Respublikasında Fövqaladə və Səlahiyyətli səfiri, AzTU-nun məzunu, Həsən Həsənov çıxış edərək, Azərbaycan və Polşa Universitetləri arasındakı əməkdaşlığın yüksək perspektivi olduğunu, bunun üçün lazımi köməkliklərini göstərəcəyini vurğulayıb.

İki günlük toplantıda üç il davam edəcək layihənin məqsəd və vəzifələri, tərəfdaşların layihədəki yeri və rolu, layihənin sonunda əldə olunacaq nəticələr və təşkilati-idarəetmə mövzusunda çıxışlar olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31