DGK Akademiyasında İSO standartları üzrə təlimlər keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) beynəlxalq standartlar sisteminin qurulması, Akademiyanın beynəlxalq təhsil məkanına inteqrasiya olunması, təhsil sahəsində beynəlxalq layihələrə qoşulması, təhsilin keyfiyyəti, əməyin mühafizəsi, təhlükəsizlik texnikasının təmin olunması sahələrində fəaliyyətin İSO (International Organization for Standardization)  standartlarının tələblərinə uyğun səviyyədə təşkil olunması məqsədilə keçirilən təlimlər başa çatıb. Təlimlərdə Akademiyanın struktur bölmələrinin əməkdaşları iştirak ediblər. DGK-dan "Olaylar"a bildirilib ki, DGKA ilə Türk Standartları İnstitutunun (TSİ) Azərbaycan təmsilçiliyi arasında əməkdaşlıq çərçivəsində keçirilən təlimlər bu qurumun baş katibinin müşaviri, TSEN ISO 9001 - Keyfiyyətin İdarəolunması Sistemi üzrə baş auditor Arif Qani tərəfindən aparılıb.Türkiyəli mütəxəssis Keyfiyyətin İdarəolunması Sistemi, risk mərkəzli proses, daxili audit və sənədləşmənin aparılması mövzularında təlimlər keçib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31