SABAH bilik yarışmasının birinci turu başa çatıb

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan riyaziyyat, müəllimlik və informasiya texnologiyaları üzrə bilik yarışmasının birinci mərhələsi başa çatıb. "OLAYLAR" Təhsil Nazirliyinə istinadən xəbər verir ki,  yarışlar müvafiq olaraq Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Texniki Universitetində keçirilib.

Bilik yarışmasının təşkil edilməsində məqsəd istedadlı tələbələrin aşkara çıxarılması, stimullaşdırılması, sağlam rəqabət şəraitində öz bilik və bacarıqlarını nümayiş etdirməsi, müxtəlif ali təhsil müəssisələrinin müvafiq ixtisasları üzrə SABAH qruplarında təhsil alan tələbələrin qarşılıqlı inteqrasiyasıdır.

Bilik yarışması Təhsil Nazirliyi, SABAH qrupları layihəsinin əməkdaşları, müvafiq ali təhsil müəssisələrinin rəhbərliyi, uyğun ixtisaslar üzrə mütəxəssislər (akademik heyət), həmçinin SABAH könüllülərinin dəstəyi ilə təşkil olunub.

Yarışmanın birinci mərhələsinin nəticələrinə əsasən, riyaziyyat üzrə 45, müəllimlik üzrə 97, informasiya texnologiyaları üzrə 25 yarış iştirakçısı ikinci mərhələdə iştirak etmək hüququ qazanıb.

Bilik yarışmasının növbəti və final mərhələlərinin cari ilin 11 - 15 mart tarixlərində keçirilməsi nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31