Bakıda gülməli hadisə - Kabab bişirirdilər, yanğınsöndürənlər gəldi – VİDEO
4 Mart 2019 13:33 SosialÖtən gün Bakının Nərimanov rayonunda maraqlı hadisə baş verib.
Bu barədə hadisə şahidləri məlumat veriblər. Bildirilir ki, "Gənclik" metrostansiyası yaxınlığında yaşayış evlərinin birindən qatı tüstü görünüb. Qonşular elə biliblər ki, ev yanır. Qorxuya düşən qonşular yanğınsöndürən çağırıblar.
Dərhal hadisə yerinə yanğınsöndürən cəlb olunub. Yanğınsöndürənlər gələndə görüblər ki, əslində binanın 5-ci mərtəbəsində yaşayan ailə balkonda kabab bişirirmiş.
Hadisənin görüntülərini təqdim edirik:
BAKU.WS
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31