Direktor hər kəsin gözü qarşısında şagirdlərini...

Türkiyənin Şanlıurfa vilayətinin Viranşəhər bölgəsində qəribə hadisə baş verib.

Publika.az xəbər verir ki, Piri Rəis Peşə və Texniki Anadolu Liseyinin direktoru dərsə gecikən şagirdlərini hər kəsin gözü qarşısında döyüb.

Hadisə başqa şagirdlər tərəfindən gizli şəkildə lentə alınıb və sosial mediada paylaşılıb. Sosial media istifadəçiləri bu hadisəyə sərt reaksiya verib. Bundan sonra olayla bağlı istintaq araşdırmaları başladılıb.

Bölgənin təhsil idarəsi hadisənin detallı araşdırılacağını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31