Mərkəzi Elmi kitabxana yeni sənədləri təqdim edib

AMEA-nın Mərkəzi Elmi Kitabxanası fevral ayı ərzində kitabxanaya daxil olan sənədlərin təqdimatını keçirib.

Olaylar.az xəbər verir ki, kitabxanada hər həftə kitab müəlliflərinin və mütəxəssislərin iştirakı ilə təşkil edilən ənənəvi təqdimat mərasimlərinin əhəmiyyətinə toxunan MEK-in direktoru Leyla İmanova qeyd edib ki, məqsəd ölkənin elmi-ədəbi həyatındakı yenilikləri təbliğ etmək, əhəmiyyətli kitab nəşrlərini ictimaiyyətin diqqətinə çatdırmaqdır.

Fevral ayı ərzində kitabxanaya daxil olan sənədləri MEK-in Fondların formalaşdırılması bölməsinin əməkdaşı Qönçə Cəlilova təqdim edib. 

Tədbirdə professor Ədalət Tahirzadə, tarix üzrə elmlər doktoru, professor Zabil Bayramlı, folklorşünas, publisist, AMEA Folklor İnstitutunun bölmə rəhbəri Əli Şamil, filologiya üzrə fəlsəfə doktoru, AMEA Folklor İnstitutunun əməkdaşı Sevinc Qasımova MEK tərəfindən təşkil edilən belə təqdimatların müstəsna əhəmiyyət daşıdığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31