Daha bir Novruz yarmarkası

Xalqımızın milli bayramı olan Novruz bayramı ərəfəsində əhalinin ərzaq məhsulları ilə təminatınının yaxşılaşdırılması, o cümlədən çeşidini genişləndirməklə seçmək və əlverişli qiymətə almaq imkanının yaradılması məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti ilə Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Nərimanov rayonunda kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil edilib. Yarmarkaya gələn vətəndaşlara Respublikamızın bölgələrindən gətirilmiş məhsullar sərfəli qiymətə təklif ediləcək.

Yarmarka martın 2-dən 16-dək həftənin şənbə və bazar günləri, martın 16-dan 21-dək isə hər gün şəhərimizin sakinlərinə xidmət göstərəcək.

Ünvan:  Nərimanov rayonu, "Gənclik" metro stansiyasının çıxışı

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31