13 yaşlı uşaq enerji içkisindən öldü - Bərdədə dəhşət
27 Fevral 2019 06:24 SosialBərdə rayonunda 13 yaşlı yeniyetmə enerji içkisindən ölüb.
Hadisə rayonun Dəymədağlı kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 2006-cı il təvəllüdlü Mirşamil Namiq oğlu Babayev enerji içkisi qəbul etdikdən sonra vəziyyəti pisləşib. O, Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yeniyetmə daha sonra Bakı şəhərindəki xəstəxanalardan birinə aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31