3 ay əvvəl gizlicə boşanıblar
27 Fevral 2019 06:13 SosialAktyor İnan Ulaş və Alqı Eke boşanıb.Axşam.az xarici KİV-ə istindən xəbər verir ki, ikili İzmirdə gizlicə boşanıb.
İddialara görə, cütlük bir müddət əvvəl də ayrılmağa qərar verib, lakin sonradan yenidən barışıb.
Onlar sosial media hesablarından da bir-birinə aid olan bütün fotoları siliblər.
İnan boşanma xəbəri haqda bu sözləri deyib:"3 ay əvvəl rəsmi olaraq boşandıq. Sonra münasibətimizə ikinci şans vermək istədik, amma alınmadı. Elə evləndiyimiz kimi gizlicə də ayrıldıq.Ona hörmət edirəm. Həyatıma gözəlliklər qatan biridir. Təəssüflər olsun ki, davam edə bilmədik".Qeyd edək ki, cütlük 2017-ci ildə ailə qurmuşdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31