Daşkəsəndə Novruz tonqalında BƏDBƏXT HADİSƏ: 11 yaşlı uşaq...
27 Fevral 2019 06:06 SosialDaşkəsən rayonunda uşaq ehtiyatsızlıqdan yıxılaraq ağır xəsarət alıb.
Rayonun Alunitdağ qəsəbəsində qalanan çərşənbə tonqalının kənarına toplaşan uşaqlardan biri - 11 yaşlı oğlan yıxılaraq başı daşa dəyib.
Ağır kəllə-beyin travması alan uşaq xəstəxanaya yerləşdirilib. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31