Müavinətlər artdı: büdcəyə yenidən baxılacaq – Millət vəkili

Mayda 2019-cu ilin dövlət büdcəsinə yenidən baxıla bilər.

Bu sözləri sosial müavinətlərin artırılması fonunda 2019-cu ilin dövlət büdcəsinə yenidən baxılması ilə bağlı suala cavabında millət vəkili Fazil Mustafa deyib. Millət vəkili büdcədən maliyyələşən təşkilatlarda məvaciblərin, onun ardınca isə sosial müavinətlərin artımından sonra 2019-cu ilin dövlət büdcəsinə dəyişikliyi tamamilə mümkün sayıb:

"Son dəyişikliklər fonunda məvacib və müavinətlərin məbləğinin artırılması büdcədə yer almayıb. Bu isə büdcədə daha çox xərclərin düzəldilməsini zəruri edir. Buna görə də mayda 2019-cu ilin dövlət büdcəsinə yenidən baxılacaq və orada düzəlişlər ediləcək. Bundan öncə hələ martın 15-16-da hökumətin hesabatında da bu məsələyə mütləq baxılacaq və müzakirələr zamanı təkliflərim olacaq".

2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulan xərclərlə bağlı struktur dəyişikliyinə gəlincə, millət vəkili tikinti, abadlıq, təmir və digər başqa sahələr üzrə xəclərdə ixtisarların olacağını bildirib.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31